Böyük Britaniya səfiri: "Mühafizəkarların irəli sürdüyü Aİ-dən çıxmaq sazişi dəstəklənəcək"

Böyük Britaniya səfiri: "Mühafizəkarların irəli sürdüyü Aİ-dən çıxmaq sazişi dəstəklənəcək"
08:27 13 Dekabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

“İlkin nəticələrə görə, Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə hakim Mühafizəkarlar Partiyası səsçoxluğu qazanacaq”.
“Report”un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib. Onun sözlərinə görə, bu Mühafizəkarlar üçün böyük qələbə olacaq:
“Çünki, bundan əvvəlki tərkibdə onlarda üstünlük, səs çoxluğu yox idi. Artıq parlamentdə onların çoxluğu üstünlük təşkil etdiyindən mühafizəkarlar Avropa İttifaqından çıxmaqla bağlı sazişi asanlıqla parlamentdən keçirə biləcəklər. Yəni, Böyük Britaniya gələn ilin 31 yanvar tarixinə qədər Avropa İttifaqını tərk edə bilər”.
Diplomat deyib ki, mühafizəkarlar “Brexit”in əleyhinə səs verən Britaniyanın şimalında da liderlik edir: “Artıq parlamentdə çoxluq partiyası olduqdan sonra mühafizəkarlar qanunverici orqan olacaq və onların irəli sürdüyü Avropa İttifaqından çıxmaq sazişi dəstəklənəcək”.
“Brexit”dən sonra Azərbaycanla münasibətlərin necə inkişaf edəcəyinə, hansısa dəyişikliklərin ola biləcəyinə gəlincə, səfir deyib ki, heç bir dəyişiklik gözlənilmir:
“Bizim Azərbaycanla ikitərıfli münasibətlərimiz Avropa İttifaqı ilə münasibətlərdən asılı deyil və onun üzərində qurulmayıb. Ona görə də Aavropa İttifaqını tərk etsək də, Azərbaycanla münasibətlərimiz eyni səviyyədə qalacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/boyuk-britaniya-sefiri-muhafizekarlarin-ireli-surduyu-ai-den-cixmaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR