Avropa Birliyində iqlim dəyişikliyi müzakirə edildi:

Avropa Birliyi iclasında iqlim dəyişikliyi məsələsi müzakirə edilib, mövzuya dair razılıq əldə olunub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyi Şura sədri Çarlz Mikel və Avropa Birliyi Komissiyası sədri Ursula von der Leyen Brüsseldə təşkil olunan AB Liderlər Zirvəsinin ilk günündə iclasın ardından mətbuat konfransı keçiriblər. Çarlz Mikel iqlim dəyişikliyi ilə mübarizə mövzusunda razılıq əldə edildiyini bildirib:

"Avropanın 2050-ci ilə qədər iqlimdə tarazlığın bərpa edildiyi ilk qitə olmasını istəyirik".

Qeyd edək ki, Zirvədən öncə ətraf-mühit qruplaşması olan "Greenpeace" üzvləri tərəfindən aksiya keçirilib. Aksiyaçılar səhər saatlarında AB Şurası binasına yaxınlaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR