Vulkan püskürməsinin qurbanlarının cəsədləri aşkar edilib

Vulkan püskürməsinin qurbanlarının cəsədləri aşkar edilib
09:22 13 Dekabr 2019
43 Dünya
Ölkə mətbuatı
A- A+

Xilasedicilər Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsinin qurbanlarının cəsədlərini tapıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə polisi bildirib.

Öncə xəbər verilib ki, səkkiz əsgərdən ibarət xilasetmə qrupu ölənlərin qalıqlarını axtarmaq üçün adaya enib.

Məlumatda deyilir: "Altı cəsəd Uayt-Aylend adasından hava daşınması üçün hazırlanıb və onların helikopterlə Wellington gəmisinə daşınması prosesi başladı".

Ölənlərdən birinin qalıqları artıq adadan uğurla çıxarılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/810057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR