Bu sözü işlədənlər 8 min manat cərimə olunacaq

Bu sözü işlədənlər 8 min manat cərimə olunacaq
11:08 13 Dekabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Kavasaki şəhərində “gəldikləri yerə geri qayıtsınlar” sözünü işlətmək cinayət hesab olunacaq.

Publika.az “Kyodo”ya istinadən xəbər verir ki, bu barədə şəhər şurası qərar qəbul edib.

Başqa ölkə və bölgələrdən gələn insanlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün qəbul edilən qərar çərçivəsində “gəldikləri yerə geri qayıtsınlar” sözünü işlədənlər, irqçi həqarətlər edən, onları insandan fərqli nəsnələrə bənzədən və hücum edənlər 500 min yen (təxminən 8 min manat) cərimə ödəməli olacaq.

Qeyd edək ki, Kavasaki şəhərində 1,5 milyon koreyalı yaşayır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/298956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR