Bakıda Britaniyadakı seçkilərin yekunları real vaxt rejimində izlənilib

Bakıda Britaniyadakı seçkilərin yekunları real vaxt rejimində izlənilib
11:12 13 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi dekabrın 12-də bu ölkədə keçirilən parlament seçkilərinin yekunlarına həsr olunmuş tədbir keçirib.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Onlar səslərin real vaxt rejimində sayılması prosesi ilə tanış olublar.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun partiyası parlament seçkilərində inamla qalib gəlir. Ümumbritaniya ekzit-pollunun nəticələrinə görə, Mühafizəkarlar Partiyası İcmalar Palatasında 650 yerdən 368-nə sahib çıxacaq.
Mühafizəkarların əsas rəqibləri, Ceremi Korbinin başçılıq etdiyi Leyboristlər Partiyası 191 mandat qazancaq.
Liberal Demokrat Partiyası 13, Şotlandiya Milli Partiyası 55, Uels Partiyası 3, "yaşıllar" 1 yer əldə edəcək. 
Bundan əlavə, proqnoza əsasən, parlamentə 19 müstəqil deputat da seçiləcək. 




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-britaniyadaki-seckilerin-yekunlari-izlenilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR