Forpost Ermənistan yenə acizliyini göstərdi (VİDEO)

Forpost Ermənistan yenə acizliyini göstərdi (VİDEO)
22:26 16 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət erməni ailəsinin gülləbaran edilməsilə əlaqədar başlayan etirazlar gözlənildiyi kimi pik həddinə çatdı. Polislə dinc insanları qətlə yetirdiyinə görə rus hərbçisinin Ermənistan hakimiyyətinə təhvil verilməsini tələb edən aksiya iştirakçıları arasında qanlı toqquşma baş verdi. Toqquşmalar tərəflər arasında 20-dən çox yaralının olması ilə yanaşı, kütləvi həbslərlə yadda qaldı. Aksiya iştirakçılarının tələblər yerinə yetirilmədiyindən etirazların hələ səngimədiyi gözlənilir.

Gümrüdə bir ailənin 6 üzvünü qətlə yetirən rus hərbçinin hələ də Rusiya hərbi bazasında saxlanması ölkədə böyük etirazlara səbəb olub. Gümrüdə başlayıb, paytaxt İrəvana sıçrayan etiraz aksiyalarında 14-ü polis olmaqla azı 24 nəfər xəsarət alıb.

Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbilə yürüş keçirən 60-a yaxın etirazçı isə həbs olunub.

“Ya Ermənistan məhkəməsi, ya da burdan rədd olub gedin!” şüarlarının səsləndirildiyi etirazlara baxmayaraq Rusiya tərəfi Permyakovu Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edir. Buna əsas kimi Rusiya Federasiyası qanunvericiliyində yer alan “vətəndaşların başqa bir dövlətə təslim edilməməsi haqqında” maddə göstərilir.

İndiyədək verdikləri açıqlamalarda “insidentdə heç bir siyasi motiv yoxdur”, “Premyakov hərbi qulluqçu olduğundan onunla Rusiya Federasiyasının hərbi polisi və prokurorluğu məşğul olmalıdır” açıqlamaları verən Ermənistan rəsmiləri aksiyalardan sonra xalqı sakitləşdirmək üçün fikirlərində düzəlişlər ediblər.

Gümrü şəhərində Avetisyanlar ailəsinin qətlində ittiham olunan rusiyalı əsgər şəhərdədir və həbsxanada saxlanır. Bu sözləri Ermənistan parlamentinin deputatı Martun Qriqoryan deyib. Millət vəkili Gümrü sakinlərini aksiyaları dayandırmağa çağırıb.

Ermənistanın baş prokuroru Qevork Konstanyan da aksiyaçılara rusiyalı həmkarı ilə əsgərin Ermənistanda mühakimə olunmasına dair danışıqlar aparacağını deyib.

Etirazçılar baş prokurorun çıxışına onu daş atəşinə tutmaqla cavab veriblər. Bu reaksiyalardan artıq Ermənistan cəmiyyətində Rusiya hərbi bazalarına, hərbçilərinə qarşı aqressiyanın hansı səviyyədə olduğu aşkar görünür.

Rusiya mətbuatının 2013-cü ilin sonlarından etibarən Ermənistandakı hərbi bazalardan şikayətlərin daxil olmasına dair məlumatları Gümrü olayı ilə bir daha təsdiqləndi.

Burda təsdiqini tapan daha bir məqam isə Ermənistanın xarici siyasətində olduğu kimi daxili işlərini də Rusiyaya həvalə etməsidir. Forpost ölkə bütöv bir ailəni qətlə yetirən rus hərbçi Permiyakovu mühakimə etməkdə acizdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR