Bakıda həbsdə olan qonşusuna narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

Bakıda həbsdə olan qonşusuna narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
11:52 13 Dekabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda həbsdə olan qonşusuna narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Nəbiyev Əli Maxsud oğlu ilə qısamüddətli görüşə gəlmiş qonşusu Yevlax rayon sakini Hacıyev Ələddin Sələddin oğlu tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 3 ədəd bükülüdə 1,227 qram narkotik maddə - marixuana və 10 ədəd siqaret filtirində xüsusi üsulla gizlədilən toz halında 2 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-hebsde-olan-qonsusuna-narkotik-vasite-kecirmek-isteyen-sexs-sax

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR