AFFA-dan ŞOK QƏRARLAR: Yurçeviç qovuldu, "Qəbələ" isə...

AFFA-dan ŞOK QƏRARLAR: Yurçeviç qovuldu, "Qəbələ" isə...
13:38 13 Dekabr 2019
139 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqaviləyə xitam verilib.

Bildirilib ki, qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.

İcraiyyə Komitəsinin iclası keçirilib

Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqavilə ləğv olunub. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə edilib.

Həmçinin, 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı çağırılması barədə qərar qəbul olunub.

İclasda “Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılması qərarlaşdırılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/298982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR