“Windows 7” sistemində antivirusun yenilənməsi dayandırılacaq

“Windows 7” sistemində antivirusun yenilənməsi dayandırılacaq
15:35 13 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

“Microsoft” korporasiyası 14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlər üçün təhlükəsizlik yeniləmələrinin göndərilməsini, eləcə də “Windows 7” sisteminə quraşdırılan pulsuz “Security Essentials” (MSE) antivirusunun dəstəklənməsini dayandıracaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, korporasiyanın texniki dəstək saytının məlumatına görə, “MSE” üçün antivirus proqramlarının göndərilməsi yanvarın 14-də sona yetəcək. Bu isə o deməkdir ki, bu tarixdən sonra yaranacaq yeni zərərli proqramlar sistem tərəfindən aşkarlanmayacaq.

 

Viruslardan qorunmayan fərdi “Windows 7” istifadəçilərinə təhlükəsizliyə nəzarət edən “Windows Defender” (“Windows qoruyucusu”) əlavəsinin quraşdırıldığı “Windows 10” sisteminə keçmək tövsiyə edilir.

 

2008-ci ildə buraxılan “MSE” antivirusu 2012-ci ildə “Windows 8” sistemi işıq üzü gördükdən sonra “Windows Defender” ilə əvəzlənib. “Windows qoruyucusu” əməliyyat sisteminin bütün sonrakı versiyalarına, o cümlədən “Windows 10” sisteminə quraşdırılıb, lakin “MSE” antivirusu üçün dəstək “Windows 7” ilə məhdudlaşdırılıb.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64898-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR