"Liverpul" Kloppla yeni müqavilə imzaladı - SON DƏQİQƏ

"Liverpul" Kloppla yeni müqavilə imzaladı - SON DƏQİQƏ
15:42 13 Dekabr 2019
129 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" Yurgen Kloppla müqavilənin müddətini uzadıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu almaniyalı mütəxəssislə 2024-ci ilədək nəzərdə tutulan yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"un sükanı arxasındadır. O, İngiltərə təmsilçisini ötən mövsüm Çempionlar Liqasının qalibi edib.

"Liverpul" hazırda 16 turdan sonra İngiltərə Premyer Liqasında 46 xalla liderdir. "Qırmızılar" ən yaxın izləyicisi "Lester"i 8 xal qabaqlayır.

Elçin Əlixan

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/810267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR