Azərbaycanlı futbolçu Rusiyada ən yaxşı seçildi

Azərbaycanlı futbolçu Rusiyada ən yaxşı seçildi
17:57 13 Dekabr 2019
121 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın "Ufa" klubunda noyabr və dekabr aylarının ən yaxşı futbolçusu açıqlanıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda Azər Əliyev qalib olub. 25 yaşlı yarımmüdafiəçi səslərin 42,1 faizini toplayıb.

Əliyev bu müddətdə 4 oyun keçirib. O, bu matçlarda 1 qol və 1 assistlə yadda qalıb.

"Ufa" Premyer Liqada 19 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/810253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR