"Deutsche Bank" bonus ödənişlərini kəskin azaldacaq

"Deutsche Bank" bonus ödənişlərini kəskin azaldacaq
18:07 13 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Deutsche Bank" yenidənqurma planı çərçivəsində xərcləri azaltmaq üçün bonus ödənişlərini 20% azaltmağı planlaşdırır. 
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bununla belə, məlumata görə, bonusların azaldılması ilə bağlı bank rəhbərliyi yekun qərar qəbul etməyib. 
"Deutsceh Bank" rəsmiləri məsələyə şərh verməkdən imtina edib. Yalnız bankın icraçı direktoru Kristian Sevinq maliyyə problemlərini nəzərə alaraq yaxın 5 ildə 6 milyard avro vəsaitə qənaət etmək niyyətində olduqlarını bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/deutsche-bank-bonus-odenislerini-keskin-azaldacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR