Azərbaycan serialları Çində satışa çıxarıldı - FOTOlar

Azərbaycan serialları Çində satışa çıxarıldı - FOTOlar
20:37 13 Dekabr 2019
194 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan serialları ilk dəfə xaricdə satış üçün sərgiyə qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Çində keçirilən Şenzen Beynəlxalq TV serialları sərgisində "Xəzər" TV-də yayımlanan üç serial yer alıb. Bunlar tamaşaçıların maraqla izlədiyi "İmtahan", "Ata ocağı" və "Cehizsiz gəlinlər" seriallarıdır.

Belə ki, ekran işlərinin treyleri bir neçə dilə tərcümə edilib və nümayiş etdirilib. Asiya ölkələrindən sərgiyə qatılan şəxslər seriallarımızı maraqla qarşılayıb. Buna zəmin yaradan isə fərqli mədəniyyətin, bizim üçün sadə görünən gündəlik ailə-məişət mövzusunun onlara fərqli görünməsi olub.

Bildirilir ki, sözügedən seriallar gələn ay Fransada nümayiş etdirilən sərgidə də nümayiş etdiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/810272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR