"Qalatasaray" dünya çempionunu heyətdən kənarlaşdırıb

"Qalatasaray" dünya çempionunu heyətdən kənarlaşdırıb
21:07 13 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Qalatasaray" klubu əsas komandanın futbolçusu Stiven Nzonzini heyətdən kənarlaşdırıb. 
"Report" İstanbul təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, buna 30 yaşlı fransalı yarımmüdafiəçinin məşqdə intizamsızlıq etməsi səbəb olub. 
Qeyd edək ki, Stiven Nzonzi müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsusdur. O, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qalatasaray-dunya-cempionunu-heyetden-kenarlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR