Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib

Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib
05:02 14 Dekabr 2019
124 Digər
Ölkə mətbuatı
A- A+

Çili hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin Antarktida üzrə uçan "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və sərnişinlərin vəfatı ilə əlaqədar dekabrln 14-i və 15-ini ölkə matəm elan edib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Hökumət ölkənin Hərbi Hava Qüvvələrinin "Hercules C-130" təyyarəsində olmuş 38 nəfərin xatirəsini yad etmək üçün ikigünlük matəmi elan edib", - deyə hökumətin mətbuat xidmətinin xəbərində bildirilir.
Qeyd edilir ki, həlak olanların əzizlərlərin həmrəylik əlaməti olaraq bütün ölkə üzrə bayraqlar endiriləcək.
Çilinin Hərbi Hava Qüvvələrlərinin komandanı Alberto Merino daha əvvəl bildirib ki, "Hercules C-130" təyyarəsinin qalıqları Dreyk boğazında tapılıb. "Hercules C-130 "təyyarəsi Punta-Arenas şəhərindən Çilinin Antarktidadadakı bazasına uçurmuş.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cilide-teyyare-qezasi-ile-bagli-matem-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR