Tramp Meksika və Kanada ilə ticarət sazişini Konqresə göndərib

Tramp Meksika və Kanada ilə ticarət sazişini Konqresə göndərib
05:57 14 Dekabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Meksika və Kanada ilə əlavə edilmiş ticarət sazişini (USMCA) təsdiq olunması üçün Konqresə göndərib.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin bildirişində deyilir.
Bu həftə üç ölkənin nümayəndələri təkrar gözdən keçirilmiş razılaşmanı imzalayıblar. ABŞ Konqresində demokratların təkidi ilə sənədə dəyişikliklər edilib. Meksika Senatı artıq müqaviləni bəyənib. Məlumata görə, ABŞ və Kanadanın analoji addımları atacaqları gözlənilir.
"Razılaşma Amerika fəhlələri, fermerlər və biznesmenlər üçün əhəmiyyətli dərəcədə yeni imkanlar yaradacaq — Kanadada və Meksikada bazarlar açılacaq və ABŞ-ın malları, xidmətləri və sərmayələri yolundakı baryerləri aradan qaldıracaq", - deyə Tramp Konqresə bildirişində yazıb.
"Bu razılaşmanın təsdiqlənməsi bizim milli maraqlarımıza daxildir. Hesab edirəm ki, Konqres onu tezliklə bəyənəcək", - Tramp əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-konqrese-meksika-ve-kanada-ile-ticaret-sazisini-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR