“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə “CES” sərgisində iştirak edəcək

“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə “CES” sərgisində iştirak edəcək
07:42 14 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Apple" şirkəti 1992-ci ildən sonra ilk dəfə hər il Las-Veqasda keçirilən və aparıcı istehlak elektronikası istehsalçılarını bir araya gətirən "CES" sərgisində iştirak edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "CES 2020" sərgisində yeni məhsulların nümayişini nəzərdə tutmayan şirkətin məxfilik məsələləri üzrə baş direktoru Ceyn Horvat bunun əvəzinə istifadəçilərin fərdi məlumatlarının mühafizəsinə həsr edilən "dəyirmi masa"da çıxış edəcək.

Bildirilir ki, müzakirələrdə, həmçinin "Facebook" şirkətinin məxfilik üzrə vitse-prezidenti Erin İqan, "Procter & Gamble" şirkətinin qlobal məxfilik üzrə mütəxəssisi Süzan Şuk və ABŞ Ticarət Komissiyasının (FTC) komissarı Rebekka Sloter iştirak edəcəklər.

"Dəyirmi masa" iştirakçılarının məxfilik, o cümlədən məxfiliyin lazımi səviyyədə təmini, dövlət tənzimləməsi və məxfilik proqram təminatlarının istehlakçılara təsiri ilə bağlı məsələləri müzakirə edəcəyi nəzərdə tutulur.

"Apple" 1992-ci ildə o zaman şirkətin baş direktoru vəzifəsini tutan Con Skallinin timsalında "CES" sərgisində "Newton" mini-kompüterini nümayiş etdirib. Şirkət 2019-cu ildə sərginin keçirildiyi yerin yaxınlığında məxfilik məsələlərinə həsr edilən reklam şiti yerləşdirib. Onun üzərində "Sizin "iPhone" modelinizdə baş verənlər, "iPhone"da qalır" ifadəsi yazılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR