Qəzzada toqquşmalar zamanı 5 fələstinli yaralanıb

Qəzzada toqquşmalar zamanı 5 fələstinli yaralanıb
07:52 14 Dekabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Qəzzada keçirilən etiraz aksiyası İsrail hərbçiləri tərəfindən dağıdılıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, aksiyanın dağıdılması zamanı beş fələstinli xəsarət alıb. Zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.
Fələstinlilər 2018-ci ilin 30 martından "Böyük qayıdış marşı" aksiyaları keçirirlər. Aksiyaların gedişatında bu günə kimi 200-dən çox fələstinli həlak olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qezzada-toqqusmalar-zamani-5-felestinli-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR