"Azərbaycanla yoxlama oyunu keçirə bilərik" - Şenol Günəş

"Azərbaycanla yoxlama oyunu keçirə bilərik" -  Şenol Günəş
08:05 14 Dekabr 2019
120 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin baş  məşqçisi Şenol Günəş "Avro-2020"nin Bakıda keçiriləcək oyunları ilə bağlı paytaxtımıza səfəri haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Sports TV-də yayımlanan "Sporsever" proqramında qonaq olan  67 yaşlı mütəxəssis Azərbaycanda isti münasibət gördüyünü deyib: "Təlim-məşq toplanışı üçün yer seçmək və başqa işlərə görə Bakıya getdik. Böyük sevgi gördük. Televiziyaya çıxdıq. Bizi indidən bağırlarına basdılar. Yenidən gedib, təlim-məşq toplanışı ilə əlaqədar məsələləri planlaşdıracağıq. Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan ilə bir yoxlama matçı da oynaya bilərik. Təbii ki, evimizdə çıxış edəcəyimiz hissini bizə indidən yaşadırlar. Oyunlarda dəstək görəcəyimizi bilirəm. Bu cəhətdən şanslıyıq".

Türkiyə millisi iyunun 17-si Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/810350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR