Bahalı qəza: Bakıda “Infiniti”i ilə “Mitsubishi” toqquşdu - FOTO

Bahalı qəza: Bakıda “Infiniti”i ilə “Mitsubishi” toqquşdu - FOTO
10:37 14 Dekabr 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi  baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Infiniti" markalı avtomobili idarə edən xanım sürücü 3-cü mikrorayon dairəsində "Mitsubishi" markalı avtomobilə çırpılıb. "Infiniti"yə ciddi ziyan dəyib. Hadisədən sonra xanım sürücü "Mitsubishi"nin sahibi ilə mübahisə edib. 

Əraziyə əvvəlcə Yol Patrul Xidmətinin, sonra isə Post Partul Xidmətinin əməkdaşları cəlb edilib. Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Hər iki sürücünün izahatı alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/810386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR