Bakıda kirayə evlər sürətlə bahalaşır

Bakıda kirayə evlər sürətlə bahalaşır
10:55 14 Dekabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda ötən ay torpağın qiyməti azalıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, noyabr ayı ərzində torpaq bazarında 0.14 azalma müşahidə olunub.

Ekspertin sözlərinə görə, fərdi yaşayış və bağ evlərinin qiymətində də 0.91 faiz, kommersiya obyektlərinin qiymətində 0.69 faiz azalma qeydə alınıb.

Lakin ötən ay kirayə mənzil bazarında 2.4 faiz artım olub, obyektlərin icarəsi bazarında isə artım 6.21 faiz təşkil edib. Ötən ay ərzində ümumən daşınmaz əmlak bazarında 0.11 qiymət azalması olub.

N.İbrahimovun sözlərinə görə, ötən ay ərzində qiymətlərdə azalma mövsümi xarakter daşıyıb. O qeyd edib ki, noyabr ayı yağmurlu və tikinti üçün qənaətbəxş ay olmayıb və bu da qiymət azalmasına təsir göstərib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3163129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR