"Masters-2019": İrina Kindzerska finala vəsiqə qazanıb

"Masters-2019": İrina Kindzerska finala vəsiqə qazanıb
12:22 14 Dekabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu “Masters” turnirində finala vəsiqə qazanıb.
“Report” xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı yarımfinalda Hayun Kimə (Cənubi Koreya) qalib gəlib.
Onun həlledici görüşdə rəqibi Tesso Savelkouls (Hollandiya) olacaq.

11:12***
Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu "Masters" turnirində yarımfinala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı 1/4 finalda Beatriz Souzaya (Braziliya) qalib gəlib.
O, finala vəsiqə uğrunda Hayun Kimlə (Cənubi Koreya) qarşılaşacaq.

10:29***
Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu "Masters" turnirində 1/4 finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı Anna-Fatumat Mbairo (Fransa) və Yanan Jianqa (Çin) qalib gələrək 1/4 finala adlayıb.
Sonuncu - üçüncü yarış günündə mübarizə aparan digər 4 yığma üzvü isə medal şansını itirib. Onlardan 3-ü 1/16 finalda uzudub. Məmmədəli Mehdiyev (90 kq) Aleksandr Kukola (Serbiya), Elmar Qasımov (Peter Palçikə (İsrail), Zelim Kotsoyev (100 kq) isə Arman Adamyana (Rusiya) məğlub olub.
Uşanqi Kokauri (+100) Ruslan Şahbazova (Rusiya) qalib gəlsə də, 1/8 finalda David Mouraya (Braziliya) yenilib.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 11 cüdoçu ilə qatılıb. Hələlik yalnız Rüstəm Orucov (73 kq) bürünc medal qazana bilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/masters-2019-i-rina-kindzerska-finala-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR