Başına 5 milyon mükafat qoyulan cinayətkar özünə 350 minlik toy etdi -

ABŞ və İngiltərə başda olmaqla 43 ölkədə banklara kiber hücum edən, son 10 ilin ən böyük bank soyğununa imza ataraq 100 milyon dollar ziyan vuran rus Maksim Viktoroviç Yakubets Moskvada özünə toy mərasimi keçirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın başına 5 milyon mükafat qoyduğu dünyanın ən bahalı kiber cinayətkarı Yakubets 350 min dollarlıq toyunu bir qolf klubunda edib. Onun toyundan fotolar da sızdırılıb. Yakubets xüsusən fotolarda üzünü göstərməyib.

Onun evləndiyi qızın isə keçmiş rus agentinin qızı olduğu ortaya çıxıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR