Rusiyadan Azərbaycana kosmetik vasitələrin keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana kosmetik vasitələrin keçirilməsinin qarşısı alınıb
12:57 14 Dekabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota RAV 4" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində və yük yerindəki boşluqlarda gömrük nəzarətindən gizlədilən 20 adda 506 ədəd müxtəlif növ kosmetik vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/rusiyadan-azerbaycana-kosmetik-vasitelerin-kecirilmesinin-qarsisi-ali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR