Tekfen şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb

Tekfen şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
13:12 14 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

SOCAR-ın Baş ofisində Türkiyənin Tekfen şirkəti SOCAR Polymer şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalayıb.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə "Paşa Holding"ə aid olub. Sənədi SOCAR Overseas şirkətinin direktoru Firudin Həsənov və Tekfen Holding idarə heyətinin sədri Murat Gigin imzalamışlar.

Xatırladaq ki, "SOCAR Polymer" Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. "SOCAR Polymer" şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilmişdir. "SOCAR Polymer" kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan "SOCAR Polymer" zavodlarının təməli qoyulmuşdur. "SOCAR Polymer" layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub, yüksək sıxlıqlı polietilen zavodu isə 18 fevral 2019-cu il tarixində ölkə başçısının iştirakı ilə istismara verilmişdir.

SOCAR Polimer layihəsinin ümumi investisiya dəyəri təxminən 816 milyon dollar (ƏDV daxil olmaqla) təşkil edir. Bu məbləğin 60%-ni xarici kredit, 40%-ni səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir. Müəssisədə polipropilen və yüksəksıxlıqlı polietilen məhsulu istehsal olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/810511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR