Azərbaycanda xizək mövsümünə start verildi

Azərbaycanda xizək mövsümünə start verildi
13:22 14 Dekabr 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar. İlhamə İsabalayeva - Trend:

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib.

Trend-in məlumatına görə, bununla əlaqədar Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ" Turizm Mərkəzinə KİV nümayəndələri üçün press-tur təşkil olunub.

Press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.

Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri - 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3163783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR