Bakıda velosiped oğrusu

Dekabrın 13-nə keçən gecə Yasamal rayonu ərazisində anbardan oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Metbuat.az DİN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Cəbrayıl rayon sakini T.Bayramova məxsus anbardan 4 ədəd velosipedin oğurlandığı müəyyən edilib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Kazımov saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR