Məsut Özil Həzrəti Əlidən sitat gətirdi

Məsut Özil Həzrəti Əlidən sitat gətirdi
17:42 14 Dekabr 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil özünün "Twitter" səhifəsində Çində uyğurlara qarşı həyata keçirilən təqiblərə səssiz qalan müsəlmanları tənqid edib.

"Şərqi Türküstan - İslam ümmətinin qanayan yarasıdır. Uyğurlar - təqiblərə müqavimət göstərən döyüşçülər, insanları zorla İslamdan uzaqlaşdırmağa çalışanlara qarşı təklikdə mübarizə aparan şərəfli möminlərdir". 

Milli.Az oxu.az-a istinadən bildirir ki, futbolçunun yazdığına görə, Çində Quran kitabları yandırılır, məscid və dini tədris edən məkanlar bağlanılıb, din xadimləri bir-birinin ardınca öldürülür: "Bütün bunlara baxmayaraq, müsəlmanlar susur. Məgər onlar bilmir ki, təqiblərə razılıq vermək onu edənlərlə şərik olmaqdır. Peygəmbərin kürəkəni, Həzrəti Əli demişdi: "Zülmün qarşısını ala bilmirsinizsə, onu ifşa edin", - "Arsenal"ın yarımmüdafiəçisi sosial şəbəkə hesabında yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/810547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR