3-cü mikrorayon bazarındakı yanğın söndürülüb -

Bakı şəhərinin Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın söndürülüb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

17:55

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR