"Azərişıq" bazardakı yanğınla əlaqədar elektrik təchizatını dayandırıb

"Azərişıq" bazardakı yanğınla əlaqədar elektrik təchizatını dayandırıb
18:17 14 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

"Azərişıq" Bakı şəhərinın Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə elektrik təchizatını dayandırıb.
Bu barədə "Report"a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O, bildirib ki, ASC Fövqəladə Hallar Nazirliyinin müraciəti ilə ərazidə elektrik təchizatını dayandırıb.
Qeyd edək ki, "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerisiq-bazardaki-yanginla-elaqedar-elektrik-techizatini-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR