Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
18:42 14 Dekabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. 
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu vəzifəyə Vasif Talıbov təyin edilib. 46 yaşlı mütəxəssisə Famil Ağayev və Eldar Yusubov yardımçı olacaqlar. Onların ilk sınağı 7 - 12 yanvar 2020-ci ildə Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə təsadüf edəcək. 
Qeyd edək ki, hər üç mütəxəssis qadınlar arasında keçirilən Azərbaycan Super Liqasında müvafiq olaraq, “Murov”, “Azərreyl” və “Abşeron” komandalarının baş məşqçiləridir. 
Qeyd edək ki, Talıbov Vasif Rahib oğlu 1973-cü ildə Masallı rayonunda anadan olub. 1991-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının tərkibində Yeniyetmələr arasında olimpiya çempionu olub. O, voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü olmaqla bərabər Azərbaycan, Türkiyə, İran və Ukrayna klublarında çıxış edib. 2004-cü ildən məşqçilik fəaliyyətinə Ukraynanın Vinnitsa şəhərinin klublarında köməkçi məşqçi, baş məşqçi vəzifələrində çalışmağa başlayıb.
Məşqçilik fəaliyətindəki nəticələrini nəzərə alaraq 2013-cü ildə V.Talıbov Bakıya dəvət alıb və “Telekom” voleybol klubunun baş məşqçisi təyin edilib.
2014-cü ildə isə dəfələrlə Azərbaycan çempionu və klublar arasında dünya çempionatının qızıl medalçısı olmuş "Rabitə" klubunda baş məşqçi Zoran Qayiçın ikinci köməkçisi kimi çalışıb. 2017-2018-ci illərdə Talıbov Ukraynanın kişilərdən ibarət “Vinnitsa” voleybol komandasının baş məşqçisi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/voleybolcu-qadinlardan-ibaret-azerbaycan-millisine-yeni-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR