Bu halda Ermənistanda II Çernobıl olacaq - Zöhrabyan

Bu halda Ermənistanda II Çernobıl olacaq - Zöhrabyan
18:47 14 Dekabr 2019
151 Dünya
Ölkə mətbuatı
A- A+

Əgər hökumət Amulsar yatağıyla bağlı xalqa güc tətbiq etsə, Cermuk Çernobıl olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan paylaşıb.

"Cermuklular yaxın günlərdə Amulsarın blokadasının polis gücüylə dağıdılacağından narahatdırlar. Hesab edirəm ki, kim öz haqqını müdafiə edən vətəndaşlara güc tətbiq etsə, bütün mümkün nəticələri dərk etməlidir", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Amulsar yatağının "Lidian" şirkətinə verilməsi məsələsi gündəmə gəlib. Ermənistan hökuməti qızıl yatağının işləməsini istəsə də, kurort zonası olan Cermuk əhalisi buna qarşı çıxır və yatağın işləməsinin ekosistemi pozacağını bildirir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/810553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR