Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib
19:07 14 Dekabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib.
"Report" xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.
Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğın söndürən maşını cəlb olunub.
Bunu isə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.
O bildirib ki, yanğın bazarın bir hissəsində qeydə alınıb.
Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fovqelade-hallar-nazirinin-muavini-bakida-yanginin-bas-verdiyi-eraziye

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR