Xiaomi və Oppo ilk olaraq ön kameralara malik smartfonları buraxacaq

Xiaomi və Oppo ilk olaraq ön kameralara malik smartfonları buraxacaq
19:17 14 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Çinin Xiaomi və Oppo şirkətlərinə məxsus ekran altında quraşdırılmış ön kameraları ilk dəfə olaraq tətbiq ediləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, texnika istehsalçıları bu söz-söhbətləri təsdiqləməsələr də, insayderlər ortaya çıxan məlumatların etibarlılığına əmindirlər. Bundan başqa, Çinin Xiaomi şirkəti artıq 2020-ci ildə ekran altında quraşdırılmış kamera ilə təchiz edilən Mi Mix 4 flaqman modelini buraxacaq. Bu cihaz seriya buraxılışına artıq hazırdır, lakin mühəndislər bir neçə qüsuru aradan qaldırmaq niyyətindədirlər.

Oppo brendindən olan qacetlərə gəldikdə isə gizli ön kamerası olan ilk smartfon Oppo Find X2 modeli olacaq. Cihazın rəsmi premyerası gələn il baş tutacaq və elə o zaman da bütün xüsusiyyətləri açıqlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR