12 fərqli dili tərcümə edən cihaz - Ona Mini

12 fərqli dili tərcümə edən cihaz - Ona Mini
19:22 14 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Ona Mini adlı bir cihaz, 12 fərqli dili tərcümə edə bilir. Ona Mini, texnologiyası sayəsində səsli ya da yazılı olaraq istifadə edilə bilir. Cihaz, yığcam dizaynıyla asan bir istifadə təqdim edir.

Dilini bilmədiyiniz bir ölkəyə getmək, hərhalda bütün insanlarda ehtiyat yaradır. Texnologiya artıq bu qorxunun öhdəsindən gəlməyi təmin edir. Elmi-fantastik səhifələrindən çıxıb gələn cihaz ONA Mini, 12 fərqli dildə tərcümə edə bilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ONA Mininin tərcümə xüsusiyyətini istifadə etmək olduqca sadədir. ONA səs yazıcısı danışmağı tutur və yazır. Daha sonra yazılan səs, tərcümə üçün süni intellektə göndərilir. Süni intellekt, yazılan səsi mətn ya da səs kimi tərcümə edir.

ONA Mini, kompleks ünsiyyətlərdə reallaşan danışıqlar üçün həftənin 7 günü 24 saat ərzində canlı tərcüməçi xidməti təqdim edir. ONA Mininin üzərində olan bir düymə ilə xüsusiyyətli bir tərcüməçilə əlaqə qurulmasını təmin edir. Beləcə əhəmiyyətli danışıqlar rahatlıqla hər hansı bir səhv olmadan tərcümə edilə bilir.

Qara, qırmızı, yaşıl və açıq boz rəng variantlarına sahib olan Ona Mini, əhəmiyyətli tərcümə xüsusiyyətinə baxmayaraq çox bahalı bir qiymətə sahib deyil. 12 fərqli dildə tərcümə edə bilən Ona Mini, 69 dollardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR