Əsəd Ərdoğana "kukla" dedi

Əsəd Ərdoğana "kukla" dedi
22:51 16 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd ölkəsində Ərdoğan hakimiyyətini terrora dəstək verməkdə ittiham edib.

ANS PRESS-in məlumatına görə, Çexiyanın "Literarni Noviny" qəzetinə verdiyi müsahibədə Bəşər Əsəd Ərdoğan hakimiyyətinin ABŞ-ın müttəfiqi deyil, "kukla"sı olduğunu deyib.

ABŞ-ın indiyə qədər İŞİD-ə qarşı əməliyyatlarda ciddi olmadığını deyən Bəşər Əsəd Türkiyə höküməti ilə yanaşı Qatar və Səudiyyə Ərəbistanının da ABŞ-ın kuklası olduğunu bildirib: "ABŞ İŞİD-ə qarşı mübarizədə ciddi oldğunu sübut etmək istəyirsə, bu ölkələrin terrora dəstək verməsinin qarşını almalıdır".

Rusiya ilə Qərb arasındakı münasibətlərin yaxşılaşmasının Yaxın Şərqdə sülhun əldə olunmasına müsbət təsir edəcəyini deyən Suriya prezidenti ölkəsində davam edən müharibənin hər şeydən əvvəl suriyalıların həll etməli olduğunu sözlərinə əlavə edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR