Turp suyunun faydaları

Turp suyunun faydaları
23:27 14 Dekabr 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Turp suyu öd kisəsi xəstəliklərinə qarşı istifadə edilə bilər.

Xüsusən, öskürək və göy öskürəyə qarşı ballı turp suyu çox sakitləşdirici təsir göstərir.

Qara turp suyu ac qarnına yarım fincan içilərsə, böyrək daşlarını əridir. Eyni zamanda tam bir qaraciyər dostu olan turp suyu, damar sərtliyi və yuxusuzluğa da yaxşı təsir göstərir. Soyuqdəymə zamanı öskürəyə qarşı 1 qaşıq turp suyu içməyin faydalı olduğu məlumdur.

Bundan əlavə, turp suyu saçları gücləndirir və qırılmaların qarşısını alır. Həmçinin saçların tez uzanmasına kömək edir.

Ballı turp suyu: Orta boy bir turp rəndələnir, 2 yemək qaşığı bal ilə yaxşıca qarışdırılır, 5-6 saat saxlanılır. Öskürəyə qarşı, gün ərzində müntəzəm olaraq 1-2 qaşıq için. Uşaqlar da içə bilər.

Xəbərdarlıq: Qoxusu o qədər də xoş deyil. Bundan başqa, bağırsaqlarda daha da pis qoxulu köplər yarada bilər. Ertəsi günə qədər saxlanılmamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR