Sərnişinlər boru ilə daşınacaq

Sərnişinlər boru ilə daşınacaq
22:52 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Məşhur ABŞ sahibkarı - Tesla Motors elektromobil istehsalı şirkətinin və SpaceX kosmik korporasiyasının təsisçisi Elon Mask ABŞ-da sərnişinlərin daşınması üçün səsdən sürətli boru treki (Hyperloop sınaq kompleksi) tikmək niyyətində olduğunu deyib.
 
İş adamının ilk dəfə 2013-cü ilin avqustunda məlumat verdiyi Hyperloop sərnişinlərin kapsullarla hərəkət etdiyi borular sistemidir. Kapsulların hərəkət sürəti 800 km/saata çatır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, sürətli nəqliyyat sisteminin Los-Anceles və San-Fransiskonu birləşdirəcəyi gözlənilir. Trek bu məsafəni cəmi 35 dəqiqəyə qət etməyə imkan verəcək. E.Maskın qiymətləndirməsinə görə, uzunluğu 400 mil (560 km-dən çox) təşkil edəcək trekin inşası üçün 10 milyard dollara yaxın vəsait tələb olunacaq.
 
Kanada-ABŞ mühəndisi və investoru olan 43 yaşlı E.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR