Abşeronda qumbara və partladıcısı tapıldı - FOTO

Abşeronda qumbara və partladıcısı tapıldı - FOTO
09:03 15 Dekabr 2019
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 14-də saat 23:01-də Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) rayonun Məmmədli kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Publika.az-a veilən məlumata görə, məlumatla əlaqədar Agentliyin mobil əməliyyat qrupu, Mehdiabad polis bölməsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri və polis əməkdaşları əraziyə birlikdə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssislərinin apardıqları təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı aşkarlanıb və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və partladıcının tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə ANAMA tərəfindən cari il yanvarın 1-dən dekabrın 14-dək 248 siqnal əsasında 216 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə 1940 ədəd partlamamış hərbi sursat (PHS), 28 min 717 ədəd müxtəlif çaplı patron, piyada əleyhinə 12, tank əleyhinə 27 mina, eləcə də tank əleyhinə təlim məqsədli 41 mina zərərsizləşdirilib. Bu dövrdə 194 min 937 kvadratmetr ərazi yoxlanılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/299112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR