Almaniyadakı şirkətlər təcili xaricdən işçilər axtaracaq - MERKELDƏN İLGİNC MESAJ

Almaniyadakı şirkətlər təcili xaricdən işçilər axtaracaq - MERKELDƏN İLGİNC MESAJ
09:52 15 Dekabr 2019
138 Dünya
Ölkə mətbuatı
A- A+

Şirkətlər kifayət qədər ixtisaslı işçi tapmasa, Almaniyanı tərk edə bilərlər.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu Almaniya Kansleri Angela Merkel yayımladığı video-mesajında deyib.

Avropa Birliyi (AB) ölkələrindən 2.5 milyon insanın Almaniyada çalışmasından məmnun olduğunu deyən Merkel AB xaricindəki ölkələrdən də ixtisaslı işçilərin cəlb edilməsinin vacibliyini vurğulayıb: "Xeyli sayda biznesmen və şirkət təcili şəkildə ixtisaslı işçi axtarır. İxtisaslı işçilər üçün əmək sərf etməliyik. Əks təqdirdə, şirkətlər başqa yerə getməyə məcbur olacaqlar. Əlbəttə, bunu istəmirik".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/810615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR