Bakı metrosunda qorxulu anlar:

Bakı metrosunda gənc oğlan relslərin üzərinə yıxılıb.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib. 1999-cu il təvəllüdlü oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.

"Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Əməkdaşlarımız təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR