Azərbaycanın aqrar turizmdə böyük potensialı var

Azərbaycanın aqrar turizmdə böyük potensialı var
14:05 15 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanın aqrar turizmdə böyük potensialı var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Caydev Sinqx jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, aqroturizm Azərbaycan üçün önəmli sahədir:

"Aqroturizm ölkə üçün ona görə vacibdir ki, bu sahə qeyri-neft sahəsində iqtisadiyyatın diversifikasiyası üçün çox mühüm elementdir. Bir il yarımdır ki, Azərbaycanda fəaliyyət göstərirəm. Bu vaxt ərzində bir çox ərazilərdə fermerlər və sahibkarlarla görüşdükdən sonra əmin olmuşam ki, Azərbaycanda aqrar turizmdə böyük potensial var."

Caydev Sinqx əlavə edib ki, son 5 il ərzində ənənəvi kənd təsərrüfatına 11 milyon sərmayə qoymuşuq:

"Statistika onu göstərir ki, yatırdığımız hər bir dolların əvəzində yerli fermerlər 7 dollar ixraca nail olublar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/810654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR