50 mindən çox insan təxliyə edildi - BOMBA HƏYƏCANI

50 mindən çox insan təxliyə edildi - BOMBA HƏYƏCANI
14:38 15 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada bomba həyəcanı səbəbindən 54 min insan təxliyə edilib.

Publika.az xəbər verir ki, Brindizi şəhərinin "qırmızı zona" elan edilən hissəsində yaşayan sakinlər dünəndən evlərini tərk etməyə başlayıb.

İkinci dünya müharibəsindən qalma bombanın zərərsizləşdirilməsində minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı və 250 könüllü iştirak edib.

Sursat, sabah şəhər ətrafındakı xüsusi karxanada partladılacaq.

Müharibə zamanı partlamamış bomba və mərmi aşkarlanması ilə bağlı əməliyyatlar İtaliyada demək olar ki, mütəmadi olaraq həyata keçirilir.

Oxşar hal 2 noyabrda da baş vermişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/299134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR