20 yaşda bundesliqanın tarixinə düşdü

20 yaşda bundesliqanın tarixinə düşdü
15:12 15 Dekabr 2019
111 İdman
Ölkə mətbuatı
A- A+

"Bayer"in yarımmüdafiəçisi Kay Haverts bundesliqanın tarixinə düşüb.

Milli.Az Qol.az-a istinadla xəbər verir ki, "Köln"lə matç onun Almaniya yüksək liqasında 100-cü oyunu olub. Bununla da o, bundesliqada bu qədər sayda görüş keçirən ən gənc futbolçu (20 yaş 186 günündə) olub. Buna qədər rekord 20 yaş 203 günündə "Leyptsiq"li Timo Vernerə məxsus idi.

Bu mövsüm Kay Haverts 19 matçda meydana çıxıb, 3 qol vurub və 1 dəqiq qol ötürməsi verib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/810663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR