Günorta yatmaq insult riskini artırır - XƏBƏRDARLIQ

Günorta yatmaq insult riskini artırır - XƏBƏRDARLIQ
16:03 15 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Elm adamları günorta yatmağın öldürücü təsirindən danışıb.

Publika.az xəbər verir ki, Çinin Uxan Universitetinin alimləri bu barədə xəbərdarlıq edib.

Onlar hesab edir ki, günorta, eyni zamanda 9 saatdan artıq yatmaq insult riskini artırır.

6 il davam edən tədqiqatda 31 750 çinli iştirak edib. Onların orta yaş göstəricisi isə 62 olub. İştirakçılardan 1557-də insult halına rast gəlinib.

Onların 8%-i 90 dəqiqə və daha çox, 24%-i isə 9 saat və daha artıq yatıb. Sonuncularda 7-8 saat yatanlarla müqayisədə insult riski 23% çox olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/299138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR