Rusiyada baş verən ağır yol qəzasında onlarla insan xəsarət alıb

Rusiyada baş verən ağır yol qəzasında onlarla insan xəsarət alıb
20:17 15 Dekabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada ağır yol qəzası baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Nijeqorodsk vilayətində qeydə alınıb.
Balaxninsk rayonunda sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinə tibbi yardım göstərilib.
Qeyd edilir ki, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus küvetə (şose kənarındakı xəndək) aşıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-bas-veren-yol-qezasinda-onlarla-insan-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR