Gün içində yatmaq ZƏRƏRLİDİR - Alimlərdən açıqlama

Gün içində yatmaq ZƏRƏRLİDİR - Alimlərdən açıqlama
20:37 15 Dekabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər gündüz yuxusunun mənfi təsirlərini aşkarlayıblar.

Milli.Az xəbər verir ki, tədqiqatçılar orta hesabla 62 yaşında olan 30 min insan üzərində təcrübə aparıblar.

Araşdırmalar gündüz yuxusunun insult riskini artırdığını göstərib.

Altı il ərzində aparılan araşdırmalar zamanı məlum olub ki, gün ərzində yatmağı sevənlərdə xəstəliyin riski  85% daha çox olub.

Üstəlik, elm adamları insult riskini yuxu ilə əlaqələndiriblər. Belə ki, gün ərzində 90 dəqiqədən çox yatan insanlar başqalarına nisbətən 25% daha çox insult keçiriblər.

Bundan başqa mütəxəssislər, xəstəliyin inkişaf riskinin siqaret, şəkər xəstəliyi və yüksək təzyiqin də artırdığını da vurğulayıblar. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/810094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR