Meksikada həftə ərzində 12 polis əməkdaşı öldürülüb

Meksikada həftə ərzində 12 polis əməkdaşı öldürülüb
04:27 16 Dekabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Son həftə ərzində Meksikada azı 12 polis əməkdaşı öldürülüb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, ilk olaraq İrapuato şəhər polisinin əməkdaşı quldurların son qurbanı olub. O, mağazada güllələnib.
Ötən həftə ərzində Quanahuato ştatının Vilyaqran şəhərində də 7 polis əməkdaşı güllələnərək öldürülüb. O cümlədən İrapuato şəhərində 3, Leonedə və Selayedə asayiş keşikçiləri cinayətkarların hədəfinə çevriliblər.
Qeyd edilir ki, ilin başlanğıcından Meksikanın Quanahuato ştatı ərazisində 65-dən çox polis əməkdaşı öldürülüb.
Ştat bu il Meksikanın ən təhlükəli regionlarının siyahısına başçılıq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-hefte-erzinde-12-polis-emekdasi-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR