Kanadada 6,8 milyon dollar uduşlu lotereya bileti satılıb

Kanadada 6,8 milyon dollar uduşlu lotereya bileti satılıb
04:29 16 Dekabr 2019
117 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kanadada 6,8 milyon ABŞ dolları məbləğində "49-dan 6" milli lotereyasının cekpotu oynanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər veriи.

Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 9, 12, 17, 23, 41 və 44. Bonus-rəqəm - 3".

Bildirilir ki, hazırda biletin Kanadanın Kvebek əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.

Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49,5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3164077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR