"Tvitter" şefinin həyat tərzi

"Tvitter" şefinin həyat tərzi
04:32 16 Dekabr 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Tvitter"n baş direktoru Cek Patrik Dorsi gərgin iş mühitində sağlam qala bilmək və düzgün fokuslanaraq işləmək üçün öz vərdişlərini və uğura gedən yoldakı sirləri paylaşıb. Əgər Dorsinin uğurları sizin üçün də ilham qaynağıdırsa, onun gündəlik qrafikindən yararlana bilərsiniz.

"Hər gün saat 5-də oyanıram"
 
Yəqin ki, səhər 5-də oyanmaq asan deyil. Cek, bununla  "erkən oyanan, tez yol alar" deyimini təsdiqləyir. Bəlkə də, elə uğur, tezdən oyanmaqdan başlayır.
 
"Buz kimi su ilə yuyunuram"

Dorsey bunun səbəbini belə izah edir: "Həyatda heç nə mənə otaq istiliyindən çıxıb buz kimi vanna otağına girməyin verdiyi zehni qüvvəti verə bilməz. Əgər bu qədər kiçik görünən, amma insanı incidən nüansı etməyə iradəm varsa, deməli, hər şeyi edə bilmək gücünə qadirəm və cəsarətliyəm. Əgər buzlu suya girməyə cəsarət edə bilmirsinizsə, günə isti su ilə başlaya bilərsiniz.

"Meditasiya etmədən evdən çıxmıram"

Hər səhər və axşam bir saatlıq meditasiya edən Dorsey, bunu 20 ildir ki, tətbiq etdiyini vurğulayır. Hər səhər və axşam özünüzə bir saat vaxt sərf etmək, həmin günə diqqət ayırmağa, axşam tək qalmağınıza və günün hesabatını verməyinizə kömək edəcək.
 
"Səhər yemək yemirəm"

Səhər yeməyinin ən vacib yemək olduğuna əminik. Dietoloqlar da bunu təsdiqləyir. Lakin 42 yaşındakı Dorsey bunu gündəliklərinə daxil etməyib.

"İşə 8 km yeriyərək gedirəm"

Dorsey hər səhər işə piyada getdiyini deyir. Gediş tempi də qaçış sürəti ilə eynidir. Yəni Dorsey hər gün işə 8 km qaçaraq gedir. Dorsey işə piyada getməyinin həm günəş işığından faydalanmaq imkanı verdiyini, həm də musiqi dinləmək üçün zaman qazandırdığını vurğulayır.

"Gün ərzində ağır yeməklər yemirəm"

Məşhur milyarder ilk və yeganə yeməyini saat 18.00 ilə 21.00 arasında yeyir. Menyusunda həmişə ət, balıq və ya toyuq, yanında da salat, ispanaq və Brüssel kələmi olur. Son olaraq da, meşə meyvələri və tünd şokoladdan hazırlanan desert yeyir. Yanında isə mütləq qırmızı şərab var.

"Həftə sonları oruc tuturam"

Dorsey düşünür ki, həftə içi çox yemək yeyirik. Məhz bu səbəbdən cümə günü yemək yemir. Həftəsonu isə oruc tutur. Dorsey bu rejimə ilk dəfə başladığında, çətinlik çəkdiyini etiraf edib: "Mən bunu ilk dəfə etdiyim zaman, üçüncü gün xəyallar gördüyümü  hiss edirdim. Qəribə bir hiss idi. Ancaq növbəti dəfə günlərimizin çoxunun yemək yeməyə sərf etdiyini hiss etdim. Nə qədər oruc tutsam, vaxtım o qədər yavaş gedir". Dorsey, müvəffəqiyyətinin arxasında duran iki əsas amilin düşüncə və oruc olduğunu vurğulayır.

Rahatlamaq üçün

Cekin istirahət etmək üsulu da maraqlıdır. Məşhur milyarder istirahət rejimini belə açıqlayır: "15 dəqiqə ərzində saunada qalıram. Daha sonra 2 dərəcəli suda 3 dəqiqə otururam. Masamın üstündə isə stress və ağrıları azaltmaq üçün istifadə olunan infraqırmızı lampa da var.

Hər uğurlu insan kimi, Cek Dorsinin də müvəffəqiyyətinin arxasında müəyyən rutinlər və əzmkarlıq var. Siz də öz uğur hekayənizi yazarkən planlarınızı yaratmağa və ona riayət etməyə başlaya bilərsiniz. Özü ilə bacara bilən insana, karyerası ərzində heç nə əngəl ola bilməz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/810443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR